Konqresdəki Respublikaçı və Demokratik partiyaların nümayəndələri 2024-cü ildə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər.
Bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, maliyyələşdirmə layihəsində nəzərdə tutulan büdcə Ağ Evin tələblərinə cavab verir:
“Konqresdə liderlər tərəfindən razılaşdırılmış ikitərəfli maliyyələşdirmə qanun layihəsi bizi hökumətin lazımsız bağlanmasının qarşısını almağa və mühüm milli prioritetləri qorumağa yaxınlaşdırır”.
ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək. Bunun 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə sərf olunacaq.