Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hollandiyaya ezam olunacaq. Baş nazir Nikol Paşinyan bununla bağlı qərar imzalayıb.
Qərarda qeyd edilir ki, Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan, Beynəlxalq Hüquqi Məsələlər üzrə Nümayəndəliyinin Dövlətlərarası Mübahisələr üzrə Ermənistan Respublikasının Maraqlarının Müdafiəsi Departamentinin rəhbəri Aram Aramyan və Ermənistanın Müdafiə Departamentinin rəhbəri Kristine Xanazadyan Daimi Arbitraj Məhkəməsi tərəfindən koordinasiya edilən dövlətlərarası arbitraj mübahisəsi çərçivəsində ilk prosessual məhkəmə iclasında iştirak etmək üçün 10-13 yanvar 2024-cü il tarixləri daxil olmaqla Niderland Krallığına (Haaqa) göndərilib.