İranın Kirman şəhərində törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb.
IRNA xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi dövlət televiziyasında çıxışında bildirib.
Onun sözlərincə, bu hadisədə rolu olanların bir hissəsi həbs edilib və həbslərin təfərrüatları kəşfiyyat xidmətləri tərəfindən veriləcək.
Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərindəki iki partlayışda 100-ə yaxın şəxs ölüb, 280-dən çox şəxs yaralanıb.
İŞİD terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.