ABŞ-ın dövlət katibi Entoni Blinken bəyanat yayıb. Bəyanatda deyilir ki, Konqres 1998-ci ildə Dini Etiqad Azadlığı Aktını qəbul etdikdən sonra din və ya inanc azadlığının təşviqi ABŞ xarici siyasətinin əsas məqsədi olub.
“Mən Əlcəzairi, Azərbaycanı, Mərkəzi Afrika Respublikasını, Komor adalarını və Vyetnamı dini etiqad azadlığının və ya dözümsüzlüyün ciddi şəkildə pozulmasına görə xüsusi müşahidə altında olan ölkələr siyahısına daxil etmişəm.
Hökumətlər dini azlıqların üzvlərinə və onların ibadət yerlərinə hücumlar, icma zorakılığı və dinc ifadələrə görə uzunmüddətli həbslər, transmilli repressiyalar və dini icmalara qarşı zorakılıq çağırışları kimi sui-istifadələrə son qoymalıdırlar”.