Cənubi Koreya mediası xəbər verir ki, Cənubi Koreya və ABŞ birgə döyüş imkanlarını artırmaq üçün Şimali Koreya ilə sərhəd yaxınlığında birgə hərbi təlimlər keçirir.
Təlim yanvarın 5-də başa çatacaq. Qeyd olunur ki, onlar Şimali Koreyadan gələn hərbi təhlükə ilə mübarizə aparmaq üçün birgə əməliyyat imkanlarını gücləndirmək məqsədi daşıyır.
Təlimdə Cənubi Koreya və ABŞ-dan 110 silah sistemi iştirak edir.