Türkiyə kədər və sevinc içində Azərbaycanla birdir, bunu müdafiə naziri Yaşar Gülər “Kriter” jurnalına müsahibəsində deyib.
“Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün birgə səylər uğurla davam edir. Müdafiə sənayesi və hərbi əməkdaşlığın rəhbərliyi altında ayrılmaz həmrəyliyimizi daha da yüksək səviyyəyə qaldırmaq üçün daim çalışırıq”, - deyə Gülər bildirib.
Onun sözlərinə görə, Qafqaz regionuna artıq münaqişə yox, dostluq və əməkdaşlıq lazımdır.
“Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və davamlı sülh müqaviləsindən keçir. Biz buna yönəlmiş səmimi səyləri dəstəkləyirik, onların tezliklə müsbət nəticəyə gəlməsini istəyirik”, - deyə türkiyəli nazir bildirib.
O, Ermənistan və Azərbaycan arasında etimadın artırılması istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib.