İsrail pilotsuz təyyarələri Beyrutun cənub ətraflarında HƏMAS-ın qərargahına raket zərbələri endirib. KİV-lərin məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri, HƏMAS-ın döyüş qanadının iki komandiri və digərləri öldürülüb.
Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati bütün maraqlı tərəfləri Livana hücumları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Onun sözlərinə görə, bunun qarşısını almaq cəhdlərinə baxmayaraq İsrailin məqsədi Livanı hərbi qarşıdurmaya cəlb etməkdir.