Fransa son aylarda silahlı ekstremistlərin çoxsaylı hücumlarından sonra Qüdsün Köhnə Şəhərində erməni icmasına qarşı törədilən zorakılığı qətiyyətlə pisləyir.
Bu barədə Fransanın Yerusəlimdəki Baş Konsulluğunun X mikrobloqunda qeyd olunub.
“İsrail hakimiyyəti bu cür zorakılığın qarşısının alınmasına, eləcə də status-kvonun hər hansı dəyişikliyinə görə məsuliyyət daşıyır.
Fransa Qüdsün Köhnə şəhərinin erməni icması ilə həmrəy olduğunu bir daha təsdiqləyir və diqqətlə vəziyyəti izləməyə davam edəcək”.