Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.
“Biz əminik ki, bütün çətinliklər müvəqqəti xarakter daşıyır və siyasi iradə göstərilərsə aradan qaldırılacaq”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələri və sənaye məsələləri üzrə danışıqlar uğurla davam edir.