Baş nazir Nikol Paşinyan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmsöhbətlər Ermənistan-İran əməkdaşlıq gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. O cümlədən, ikitərəfli ticarət-iqtisadi əlaqələrin dərinləşməsinə, digər sahələrdə olduğu kimi, infrastruktur sahəsində də həyata keçirilən və yaxın gələcəkdə planlaşdırılan layihələrə toxunulub.
Tərəflər həmçinin regional əhəmiyyətli mövzular, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi ətrafında gedən proseslər, suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional nəqliyyat kommunikasiya kanallarının blokadadan çıxarılması, “Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar. İranın xarici işlər naziri qeyd edib ki, ölkəsi yuxarıda qeyd olunan prinsiplərə əsaslanan kommunikasiyaların açılması prosesini, xüsusilə də “Sülhün kəsişməsi” layihəsini dəstəkləyir.