“Rusiyanın AİB çərçivəsində Ermənistan tərəfi ilə qarşılıqlı fəaliyyəti praqmatik, qarşılıqlı faydalı əsasda qurulub”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Mariya Zaxarova bildirib ki, Ermənistanda iqtisadi göstəricilərin ildən-ilə artması müşahidə olunur. “Biz görürük ki, Yerevan AİB-də iştirakından xeyli dividend alır. Bəzi mübahisəli bəyanatlara baxmayaraq, biz və erməni tərəfdaşlarımız, AİB-nin digər üzv dövlətləri kimi, konstruktiv, siyasətdən kənarlaşdırılmış dialoq qururuq.
Yanvarın 1-dən Avropa İqtisadi Birliyinə sədrlik Ermənistana keçir. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Yerevan orta və uzunmüddətli perspektivdə AİB çərçivəsində tapşırıqların sistemli icrasına yönəlib. Biz iqtisadi inteqrasiyanın daha da möhkəmlənməsinə və inkişafına yönəlmiş gələcək səmərəli iş üçün tərəfdaşlarımızın eyni ruhunu dəstəkləyirik”.