Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş cəkiblər.
Bunu BQXK-nın Ermənistan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib.
Qızıl Xaç 2020-ci il müharibəsi və 19 sentyabr 2023-cü il təcavüzündən sonra əsir düşənlərə baş çəkdi. Zara Amatuni deyib ki, onlar hər kəsə baş çəkib, saxlanma şəraiti, sağlamlıq vəziyyəti ilə tanış olub, qohumları ilə əlaqə saxlamağa kömək ediblər, ailələrinin göndərdiyi bağlamaları saxlanılan şəxslərə təhvil veriblər.
Qızıl Xaç məhbusların ümumi sayı barədə məlumat vermir, lakin erməni tərəfinin məlumatına görə, sentyabrın 19-dan sonra Bakı 16 nəfəri əsir götürüb, onlardan 8-i Dağlıq Qarabağın keçmiş və indiki rəsmiləridir.