İranın xarici işlər naziri Əmir Abdullahyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında da telefon danışığı baş tutub. Tərəflər Cənubi Qafqazla bağlı məsələləri, ikitərəfli münasibətləri, regional və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Abdullahyan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayıb və regionda sabitlik və sülhün bərqərar olmasında İranın dəstəyini ifadə edib.
Rusiya XİN başçısı Sergey Lavrov xarici işlər naziri Abdullahyanı İran və Aİİ arasında azad ticarət sazişinin imzalanması münasibətilə təbrik edib və bunu İran-Rusiya və İran-Aİİ əlaqələrinin inkişafında mühüm addım adlandırıb.
İran tərəfinin bəyanatına görə, söhbət zamanı Rusiya xarici işlər naziri İslam Respublikasının ərazi bütövlüyünün tanınmasını təsdiqləyib.O qeyd edib ki, Rusiya İranın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edir və bu, Moskvanın dəyişməz mövqeyidir.