Rusiya prezidenti seçkilərində 30-dan çox vətəndaş öz namizədliyini irəli sürmək istəyir. Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova məlumat verib.
“Təbii ki, kampaniya rəqabətli olacaq, çünki birdən çox namizədin olacağı göz qabağındadır. Hər halda, indi artıq 30-dan çox namizəd olmaq istəyən var”, - deyə Pamfilova bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə prezidentliyə namizədlər görüşlər, qurultaylar, tədbirlər keçirir. Bundan başqa, MSK rəhbəri seçkilərdə rəqabətin dərəcəsinin namizədlərin sayından deyil, keyfiyyətindən asılı olduğu qənaətində olduğunu bildirib.