Sankt-Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyevin ikitərəfli görüşü olub.
Dekabrın 24-də telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin inkişafı, regiondakı vəziyyəti və çoxtərəfli platformalarda birgə iş mövzusunu müzakirə etmişdilər.
Belarus prezidentinin ofisindən bildirilib ki, bu mövzular üzrə fikir mübadiləsi Sankt-Peterburqda keçirilən görüşdə davam etdirilib.
Əliyev Lukaşenkonu Azərbaycana dəvət edib.