İslam İnqilabı Keşikçiləri Korpusunun müşaviri İsrailin Dəməşq yaxınlığında endirdiyi raket zərbəsi nəticəsində həlak olub.
“Bir neçə saat əvvəl SEPAH-ın Suriyadakı ən təcrübəli və baş məsləhətçilərindən biri olan Seyid Razi kimi tanınan Seyid Razi Musəvi Dəməşq yaxınlığında İsrailin hücumu nəticəsində öldürülüb.
O, 2020-ci ilin yanvarında ABŞ-ın raket hücumundan sonra İraqda öldürülən Qasım Süleymaninin yaxın dostlarından biri idi.
İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Təl-Əvivin şübhəsiz ki, bu cinayətin bədəlini ödəyəcək.