Fransanın Bakıdakı səfiri Ann Buayo Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona şikayət ərizəsi verilib.
XİN-dən bildirilib ki, Fransa səfirliyinin iki əməkdaşının hərəkətləri ilə bağlı ciddi şikayət edilib, onlar “arzuolunmaz şəxslər” elan edilib. Onlara Azərbaycan ərazisini tərk etmək üçün 48 saat vaxt verilib.
Azərbaycan Xarici İşlər Nazirliyi etiraz notasının və diplomatların ölkədən çıxarılmasının səbəbini açıqlamayıb.