Ermənistan Avrasiya İqtisadi Birliyini geosiyasi yox, iqtisadi təşkilat kimi baxmağa davam edir. Bu haqda Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Ali Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan Avrasiya integrasiyası siyasiləşdirilən bütün cəhdlərin qarşısını almağa çalışır.
“AİB və onun iqtisadi prinspiləri siyasi ambisiyaları ilə əlaqələndirilməməlidir. Ticarət və integrasiya azadlıqları siyasi səbəblərə görə məhdudlaşdırılmamalıdır. Bu, AİB-nin korroziyasına gətirib çıxacaq”-deyə o bildirmişdir.
O qeyd edib ki, erməni tərəfi təşkilatın inkişafının prioritet istiqamətlərinə əsaslanan 2030-cü il və 2045-ci ilə qədər iqtisadi proseslərinin gələcək inkişafı üzrə bəyannamənin imzalanmasını vacib hesab edir.