Rusiya yaxın vaxtlarda xaricdə iki səfirlik və beş baş konsulluq açacaq. Bunu “Komsomolskaya Pravda”ya müsahibəsində RF xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Kapanda (Ermənistan), Aktauda (Qazaxıstan), Səmərqənddə (Özbəkistan), Denpasarda (İndoneziya) və Maledə (Maldiv adaları) baş konsulluqların açılması ilə bağlı qərarlar artıq qəbul edilib və həmin ölkələrin səlahiyyətli orqanları ilə razılaşdırılıb”, -deyə diplomat bildirib.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya hakimiyyəti dost ölkələrdə və Rusiya üçün mühüm coğrafi regionlarda yerləşən dövlətlərdə diplomatik mövcudluğunu genişləndirəcək.