Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın Baş prokurorlarının görüşünün nəticəsi barədə deyib.
“Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib”, - o qeyd edib.