BMT Təhlükəsizlik Şurası Qəzza zolağına tam, sürətli və maneəsiz humanitar yardımların göstərilməsi üçün təcili fasilə çağırışı edən qətnaməni qəbul edib.
TŞ-nin 13 üzvü qərarın lehinə səs verib. ABŞ və Rusiya səsvermədə iştirak etməyib.
İsrail rəsmisi CNN-ə açıqlamasında BMT TŞ-nin qətnaməsini “lazımsız” adlandırıb və ABŞ-a səylərinə görə təşəkkür edib.
“Onlar həqiqətən də çox çalışdılar və biz onların səylərini təqdir edirik”, - rəsmi deyib.
CNN-in məlumatına görə qətnamədə “tam, sürətli, təhlükəsiz və maneəsiz humanitar girişin mümkün edilməsinə kifayət edəcək günlər qədər Qəzza Zolağı boyunca təcili və genişləndirilmiş humanitar fasilələr və koridorlar” çağırışı edilib.