İranda 4,6 bal gücündə zəlzələ olub.
Zəlzələ bu gün səhər yerli vaxtla 06:27-də Təbriz şəhərindən 33 kilometr şimal-şərqdə qeydə alınıb.
10 kilometr dərinlikdə yerləşən zəlzələ ocağında yeraltı təkanın gücü 6 bal olub.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti bildirib ki, zəlzələ Syunikdə 2-3 bal gücündə yeraltı təkanlarla hiss olunub.