Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS-a müsahibəsində Rusiya-Ermənistan münasibətlərinə toxunub.
“Biz hesab edirik ki, Rusiya Federasiyası və Ermənistan Respublikası ortaq maraqlar, ortaq tarix və beynəlxalq məsələlərdə oxşar baxışlarla birləşən tərəfdaş və strateji müttəfiqlər olaraq qalır və bu alyans hər iki ölkənin əsas maraqlarına uyğundur.
Səfirlik fəaliyyətimizi davam etdirir və əlaqələrimizi bu qarşılıqlı anlaşma əsasında qurur. Təbii ki, ikitərəfli və çoxtərəfli gündəliyimizdə müəyyən fərqlərin olduğunu inkar etmək olmaz. Həm Rusiya, həm də Ermənistan tərəfləri müttəfiqlərə yaraşan hər hansı mübahisəli mövzunu səmimi və konstruktiv şəraitdə müzakirə etməyə hazırdırlar.
Bilirsiniz ki, ölkələrimiz müxtəlif səviyyələrdə intensiv dialoq aparır. Ötən həftə Rusiya baş nazirinin müavini Overçukun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Yerevanda Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasında iştirak edib. Bu istiqamətdə yeni praktiki razılaşmalar əldə olunub”, - deyə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin bildirib.