Dekabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
Tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.
KTMT-nin Baş katibi KTMT-nin noyabr ayında Minskdə keçirilmiş iclaslarının nəticələri barədə Mirzoyana məlumat verib.
Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov bölgədəki vəziyyət, nəqliyyat və qarşılıqlı iqtisadi əlaqənin inkişafına yönəlmiş layihələr, o cümlədən "sülhün kəsişməsi" konsepsiyası barədə fikir mübadiləsi aparıblar.