Dekabrın 21-də Parisdə Ermənistan-Fransa ikitərəfli hərbi-siyasi məsləhətləşmələri baş tutub.
Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
“Ermənistan nümayəndə heyətinə ER Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan başçılıq edib. Görüşdə Ermənistan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmacyan da iştirak edib.
Fransa tərəfdən məsləhətləşmələr isə Fransa Silahlı Qüvvələrinin Beynəlxalq Əlaqələr və Strategiya Nazirliyi və Strateji direkarotun rəhbəri Alis Rufo tərəfindən aparılıb.
Məsləhətləşmələr ərzində beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlət, eləcə də əməkdaşlıq gündəliyi ilə bağlı məsələlər hərtərəfli müzakirə olunub. Bir sıra razılaşmalar əldə olunub”, - deyə məlumatda bildirilir.