Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “TASS”-a Ermənistan-Rusiya münasibətlərinə toxunub.
“Ölkələrimiz arasında kütləvi kommunikasiya sahəsində əməkdaşlıq haqqında 30 dekabr 2020-ci il tarixli saziş qüvvədədir və onun çərçivəsində bu il dekabrın 14-də Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ikitərəfli məsləhətləşmələr aparıb.
Danışıqlar zamanı Rusiya nümayəndə heyəti erməni tərəfdaşların arqumentlərini dinləyib və onların narahatlığını nəzərə alıb. Çox vacibdir ki, məsləhətləşmələr zamanı tərəflər ölkələrimiz arasında mümkün fikir ayrılıqlarını dostluq münasibətləri ruhunda həll etmək üçün operativ kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər”, - Rusiya səfiri bildirib.