Belqradda bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun liderləri Respublika Seçki Komissiyasından səsvermənin nəticələrini ləğv etməyi tələb edib və aclıq aksiyasına başladıqlarını bildiriblər.
Müxalifət hakim Serb Tərəqqi Partiyası (SPP) koalisiyasının son seçkilərdə qələbəsi ilə razılaşmadığını bildirib. Səslərin hesablanması hələ də davam edir.
“Serbiya zorakılığa qarşı” hərəkatının liderləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.
Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviç 28 seçki məntəqəsində dekabrın 30-da təkrar səsvermənin keçirilməsi barədə qərar qəbul etdiklərini bildirb.