İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri Tehranda görüşüblər. Əli Bağeri və Əhməd Yıldız ikitərəfli münasibətləri, təhlükəsizlik, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, regional və beynəlxalq hadisələri müzakirə ediblər.
İran tərəfinin bəyanatına görə, xarici işlər nazirlərinin müavinləri Qafqazla bağlı məsələlərdə İran və Türkiyənin iştirakı ilə məsləhətləşmələrin aparılmasının və regiondankənar aktorların cəlb olunmasına müqavimət göstərilməsinin vacibliyini vurğulayıblar.
Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət gündəmdə idi. Rəsmilər elan ediblər: “Fələstinlilərə qarşı müharibə cinayətləri və soyqırımı dayandırılmalıdır”.