İsrail tərəfi Fələstinin Həmas hərəkatına atəşkəs razılaşmasının yeni variantını təklif edib. Israil Qəzza zolağında saxlanılan 30-dan çox girovun azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklif edib. Bu barədə məlumatlı mənbələrə istinadən “The Jerusalem Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea Varşavada aparılan danışıqlar çərçivəsində İsrailin sülh sazişi üzrə danışıqları bərpa etmək təşəbbüsünü təqdim edib.
Barnea anklavdan təxminən 40 nəfəri, o cümlədən qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan girovları azad etməyi təklif etdi. Onların azadlığa buraxılması müqabilində İsrail Qəzzada hərbi əməliyyatları ən azı bir həftə dayandırmağa, həmçinin bir neçə fələstinli məhbusu azad etməyə hazırdır.