Beynəlxalq Böhran Qrupunun prezidenti və icraçı direktoru Komfort Eron Ermənistana səfəri çərçivəsində Aİ missiyasının nümayəndələri və həmkarları Olesya Vardanyan və Alisa de Karbonel ilə Ermənistan-Azərbaycan sərhədində olub.
Komfort Eron X öz səhifəsində yazıb: “Hər iki tərəfin döyüş mövqelərinin yaşayış məntəqələri üzərində nə qədər yaxın olduğunu görmək heyrətamizdir”.