Gürcüstanın Ermənistan-Azərbaycan sülh təşəbbüsü konkret nəticələr verib.
Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili 2023-cü il üzrə hesabatını təqdim edərkən deyib. O, qeyd edib ki, Gürcüstan hökuməti regiondakı tərəfdaşları olan Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq münasibətləri saxlayır.
“Biz şübhəsiz ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasında maraqlıyıq. Gürcüstan bu məqsədə çatılmasına mühüm töhfələr verir. Bir müddət əvvəl Azərbaycanın Baş naziri və Ermənistanın Baş naziri Gürcüstanda idi və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu. Düşünürəm ki, bu, bizim nail olduğumuz maraqlı bir presedent idi”, - Baş nazir deyib.
Qaribaşvili qonşu ölkələr arasında intensiv səfərlərin edildiyini xatırladıb.
“Mən bir neçə dəfə Azərbaycanda olmuşam, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Gürcüstanda səfərdə olub. Təbii ki, biz Türkiyə ilə də yüksək səviyyəli strateji tərəfdaşlığı və əməkdaşlığı davam etdiririk”, - Baş nazir deyib.