Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı konkret qərarına qoşulmayıb. Bu barədə ER XİN bəyanat yayıb.
“Xarici siyasət prioritetlərinə əsaslanaraq və Aİ ilə tərəfdaşlıq çərçivəsində Ermənistan Respublikası Aİ-nin bəyanatlarını müşahidə edir və tez-tez onlara qoşulur, onlarda müzakirə olunan məsələlərə öz dəstəyini və həmrəyliyini nümayiş etdirir.
Aİ Şurasının 17 dekabr tarixli bəyanatında da göründüyü kimi, Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı konkret qərarına qoşulmayıb”,- XİN bildirdi.
Dünən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosef Borel bəyanat yayaraq, Aİ-yə daxil olmayan 11 ölkənin, o cümlədən Ermənistan və Azərbaycanın Aİ Şurasının Ümumi Xarici və Təhlükəsizlik Siyasəti Qərarına qoşulduğunu bildirdi.
Bununla yanaşı, Aİ-nin xarici siyasət xidməti demək olar ki, eyni mətnlə daha iki bəyanat da dərc edib.
Bəyanata əsasən, Azərbaycan, Ermənistan, İslandiya, Serbiya Dnestryanıya qarşı sanksiyalara qoşulmayıb.