2023-cü il dekabrın 11-də Aİ Xarici Əlaqələr Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidə imkanlarını gücləndirmək barədə razılığa gəlib.
Missiya heyətinin sayı 138-dən 209-a çatdırılacaq.
Qeyd olunur ki, Avropa İttifaqının mülki, silahlı olmayan missiyası 2023-cü ilin fevralında iki illik mandatla fəaliyyətə başlayıb və qərəzsiz bir aktor kimi fəaliyyətini davam etdirəcək.