Dekabrın 18-də Ermənistan Respublikasının Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri səfir Tiqran Balayan etimadnaməsini Avropa Şurasının prezidenti Şarl Mişelə təqdim edib. Bu barədə Ermənistanın Belçikadakı səfirliyindən məlumat verilib.
Avropa Şurasının prezidenti Şarl Mişel səfir Balayanı salamlayaraq və ona uğurlar arzulayaraq, Ermənistan-Avropa İttifaqı münasibətlərinin təşviqinə yönəlmiş təşəbbüsləri xüsusi qeyd edib və onları dəstəkləməyə hazır olduğunu bildirib.
Ş. Mişelin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində şəxsi səylərini vurğulayan və yüksək qiymətləndirən səfir Balayan qeyd edib ki, Brüssel formatı çərçivəsində əldə edilmiş razılaşmaların Azərbaycan tərəfindən kobud şəkildə pozulması və buna görə nəticələrin olmaması Dağlıq Qarabağın etnik təmizlənməsinə gətirib çıxardı. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsinin bütün hüquqi qüvvəyə malik qərarlarının icrası və Azərbaycanın danışıqlar masasına qayıtması istiqamətində addımların atılması zəruridir.
Səfir Avropa İttifaqı Şurasının prezidentinə Azərbaycanın Ermənistanın suveren ərazisinə artan istəkləri və sülh prosesinin pozmaq üçün davamlı cəhdləri barədə ətraflı məlumat verib.