ATƏT PA nümayəndə heyətinin rəhbəri, Şərqi Avropada vətəndaş cəmiyyəti məsələləri üzrə hökumət komissarı Robin Vaqener Azərbaycandan insan hüquqlarının qorunmasını tələb edib.
“Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalif siyasətçilərin həbslərinin artması daha çox narahatedici xarakter alır. Mətbuat azadlığı və vətəndaş cəmiyyətinin iştirakı demokratiyanın sütunudur.
Avropa Şurasının üzvü kimi Azərbaycan insan haqlarını, demokratiyanı və qanunun aliliyini qorumağa borcludur”, - Vaqener özünün X mikrobloqunda yazıb.