Məruzəçilər Bernd Vohringer (Almaniya, EPP/CCE) və Broni Rudkindən (Birləşmiş Krallıq, SOC/G/PD) ibarət Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti “Qarabağda və qonşu şəhər və rayonlarda humanitar vəziyyət” haqqında 7 Bəyannaməsinin (2023) icrasını müşahidə etmək üçün 19 dekabr 2023-cü il tarixdə Yerevana və Masis bələdiyyəsinə tanışlıq səfəri həyata keçirəcək. Onları Avropa Yerli Özünüidarəetmə Xartiyası üzrə müstəqil ekspertlər qrupunun üzvü, professor Yens Voelk (Almaniya) müşayiət edəcək. Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Məruzəçilər ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla müzakirələr aparacaqlar. Nümayəndə heyəti Artaşat, Yerevan, Qoris və Hrazdan icmaların nümayəndələri ilə də görüşəcək. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNHCR) və Ermənistan Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə görüş keçiriləcək. Konqres nümayəndə heyəti həmçinin yerli seçilmiş nümayəndələrlə görüşmək üçün Masis icmasına səfər edəcək.