Əbdülfəttah əs-Sisi Misirin prezidenti seçilib.
Bu barədə Misir Ərəb Respublikasının Milli Seçki Komissiyası məlumat yayıb.
Məlumata əsasən, seçkilərdə iştirak edənlərin 89,6 faizi Əbdülfəttah əs-Sisiyə səs verib.
10-12 dekabr tarixlərində keçirilən ümumxalq seçkilərin nəticələri hesablanıb və yekun qərara əsasən, Əbdülfəttah əs-Sisi qalib gələrək növbəti 6 ildə yenidən ölkənin prezidenti olacaq.