Avropa İttifaqına daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan Aİ Şurasının “Maqnitski siyahısının” daha bir il müddətinə uzadılması qərarına qoşulub.
Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrellin bəyanatında deyilir.
Bu rejim çərçivəsində İran, Çin, Şimali Koreya, Rusiya, Suriya və digər dövlətlərin vətəndaşları, təhlükəsizlik qüvvələri və şirkətləri üçün Aİ-yə giriş qadağası və Aİ ölkələrinin ərazisindəki maliyyə aktivlərinin dondurulması tətbiq edilib.