Baş nazirin müavini Mher Qriqoryan Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
İclasda Mher Qriqoryan çıxış edib. Baş nazirin müavini xüsusi olaraq mədəniyyət sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və 2024-cü ildə Ermənistanın Gümrü şəhərinin MDB-nin idman paytaxtı fəxri statusunu alacağını qeyd edib.
Baş nazirin müavini onu da qeyd edib ki, YUNESKO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında” Konvensiyasının Hökumətlərarası Komitəsinin 18-ci sessiyası zamanı Gümrü dəmirçilik ənənəsinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi barədə qərar qəbul edilib.