ABŞ-ın Bakıya yeni təyin olunmuş səfiri Mark Libbi etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyi, regiondakı mövcud vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ikitərəfli münasibətlərin "qarşılıqlı maraqlar çərçivəsində" inkişafı vurğulanıb.
Bayramov qeyd edib ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır.