ER iqtisadiyyat nazirinin müavini Rafayel Gevorgyan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə keçirilən “Avrasiya Həftəsi-2023” çərçivəsində “İƏİT Avrasiya Rəqabətliliyi” dəyirmi masasında iştirak edib. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Xüsusilə, Ermənistanda rəqəmsallaşma və ümumi rəqəmsal transformasiya siyasəti ilə bağlı məsələlər müzakirə olunub.
“Avrasiya həftəsi-2023” çərçivəsində Rafayel Gevorgyan “Avrasiyada aşağı karbonlu iqtisadiyyata keçid” panel müzakirəsində də iştirak edib.