Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində Türkiyənin effektiv rolunu alqışlayır.
Dövlət Departmentin sözçüsü Metyu Miller qeyd edib ki, bu mövzu ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan bütün müzakirələrin bir hissəsidir.
“Biz Türkiyə xarici işlər nazirinin sülhün mümkün olması ilə bağlı dediyi fikirlərlə razıyıq. Birləşmiş Ştatlar sülhə nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”, - Miller bildirib.