Baş nazirin müavini Mher Qriqoryan qaz tarifinə toxunaraq qeyd edib ki, onun məlumatına görə, 2024-cü ildə sərhəddə Rusiya qazının qiyməti dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək. Qriqoryan dəqiqləşdirib ki, onda “Qazprom” və “Qazprom Armenia” arasında 2024-cü il üçün müqavilə imzalandığı və heç bir dəyişiklik nəzərdə tutulmadığı barədə məlumat var. Xatırladaq ki, Rusiya qazının sərhəddə qiyməti 1000 kubmetr üçün 165 dollar təşkil edir.