ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Ümumdünya Qaçqınlar Forumunda çıxış edib.
Kostanyan öz çıxışında qeyd edib ki, Azərbaycanın güc tətbiq etməsi nəticəsində Dağlıq Qarabağ etnik təmizləməyə məruz qalıb. Bir neçə gün ərzində 105 mindən çox erməni öz ata-baba yurdundan zorla didərgin salınıb. 2020-ci ilin dağıdıcı müharibəsi nəticəsində isə daha 26 min erməni Dağlıq Qarabağdan didərgin düşmüşdü.
“Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərar Azərbaycanı “Dağlıq Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda bunu təmin etməyi” məcbur edib. Ermənistan bu qərarı alqışlayır və hüquqi cəhətdən məcburi olan bu qərarın həyata keçirilməsini tam dəstəkləyir.
Hazırda Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün adekvat şərait olmadığından Ermənistan qaçqınların ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atmağa davam edir.
Qeyd etmək istəyirdim ki, 2020-ci ildən Ermənistan hökuməti Bakı, Sumqayıt və Kirovabadda törədilən qırğınlar nəticəsində məcburi köçkün düşmüş qaçqınlara “mənzillərin alınması üçün arayışlar” verib.
Sistemli zorakılıq nəticəsində ermənilər Naxicevanı və Azərbaycanın digər yaşayış məntəqələrini tərk etməli oldular. Qaçqınların bütün hüquqları qorunmalıdır.
Bu kontekstdə qeyd etmək vacibdir ki, Sovet İttifaqının son siyahıyaalınmasına əsasən Sovet Azərbaycanında 500 minə yaxın erməni yaşayırdı. Bu gün Azərbaycan hakimiyyətinin zorakılığı, güc tətbiqi, nifrət və ksenofobiyasına görə Azərbaycanda demək olar ki, heç bir erməni yoxdur”,- naizr müavini qeyd edib.
O Azərbaycan tərəfinin nümayəndə heyətinin saxta iddialarına toxunaraq qeyd edib ki, Azərbaycam hazırda Ermənistan Respublikasına qarşı ərazi ambisiyalarına haqq qazandırmaq üçün tarixi təhrif edir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qınanmalıdır.