Dekabrın 15-də ER xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan ilə BMT strukturları, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası arasında əməkdaşlığın genişləndirilməsi, birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Sektor, o cümlədən enerji və infrastrukturun inkişafı istiqamətlərində gələcək əməkdaşlığın imkanlarına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə toxunulub.
Ararat Mirzoyan və Tatyana Molçan regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Sülh gündəliyi və gözlənilən iqtisadi faydalar kontekstində ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramına toxunulub.