Yunanıstan Respublikasına səfəri çərçivəsində dekabrın 15-də ER müdafiə naziri Suren Papikyan Yunanıstan Respublikasının baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos ilə görüşüb.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Ermənistan-Yunanıstan əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Suren Papikyan ER hökumətinin “Sülhün kəsişməsi” layihəsini də təqdim edib.