“Sülh kəsişməsi” layihəsi şərq-qərb və şimal-cənub istiqamətlərində elektrik xətlərinin, kabellərin, qaz kəmərlərinin çəkilməsi və keçidi üçün də faydalı ola bilər. Bu barədə Nikol Paşinyan deyib.
O vurğuladı ki, layihə regionaldan daha böyük proses və layihədir və beynəlxalq səviyyədə əhəmiyyətli təsir göstərə bilər.
“Bu layihə dənizə çıxışı olmayan iki ölkə Ermənistan Respublikası və Azərbaycanla bağlıdır. Bu gün də bizim faktiki olaraq dost, qardaş Gürcüstan və dost İran İslam Respublikası vasitəsilə dənizə çıxışımız var, lakin biz inanırıq ki, “Sülh yollarının kəsişməsi” layihəsi həm Ermənistanın, həm də Azərbaycanın imkanlarını genişləndirəcək.
Baş nazir onu da vurğulayıb ki, bütün bunlar Ermənistanla Azərbaycan arasında sülh yarandığı zaman mümükün olacaq.
O üçtərəfli görüşün nəticəsi olaraq Brüsseldə qeydə alınan 3 əsas prinsipləri xatırlatdı.