ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiqləyib.
Bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.
“Rusiyanın hərbi müdaxilə ilə mübarizədə ümid itirməyinizi istəmirəm”, - Bayden Zelenskiyə deyib.
Bayden hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir.
O, Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.
Bu arada, respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Miladdan əvvəl 60 milyard dollarlıq yardım paketinin təsdiqlənməsinin “faktiki olaraq mümkün olmadığını” söyləyib.