İqtisadiyyat nazir müavini Rafael Gevorqyanın rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Avrasiya həftəsi 2023”də iştirak edib.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yayıb.
Səfər çərçivəsində Rafael Gevorqyan İƏİT-in Avrasiya Departamentinin rəhbəri Uilyam Tomson və İƏİT Proqramının rəhbəri Daniel Quadbek ilə görüşüb.
Tərəflər xüsusilə yaşıl iqtisadiyyat və investisiyaların təşviqi çərçivəsində digər alətlərdən istifadə imkanlarına dair fikir mübadiləsi aparıblar.