Ermənistan və Estoniya xarici işlər nazirləri Ermənistan-Avropa İttifaqı proseslərini müzakirə ediblər. Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna birgə mətbuat konfransı zamanı deyib və növbəti bir neçə günün gedişatının bu baxımdan həlledici olacağını vurğulayıb.
“Əlbəttə, (müzakirə olunan) mövzulardan biri vizasız giriş-çıxışla bağlı söhbətdir ki, bu da bizim olacaq və mən ümid edirəm ki, biz gələn il ərzində bu addımı ata biləcəyik”, - deyə Marqus Tsaxna bildirib.
Estoniyanın xarici siyasət departamentinin rəhbəri onu da bildirib ki, siyasi əməkdaşlıq, o cümlədən Aİ-yə daxil olmaq üçün addımlar üzərində işləməyə hazır olmaq məsələsi də müzakirə olunur.
“Bu, mürəkkəbdir. Biz bir neçə onilliklər ərzində bunun üzərində işləyirik və burada da sizin kadrlarınızı yetişdirmək, bu prosesləri daha praktiki sahədə dəstəkləmək üçün dəstəyə hazırıq”, - deyə o, Ermənistan və Estoniya arasında güclü ikitərəfli münasibətlərin olduğunu vurğulayıb.